Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi Dünya

Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi

Vashington Səudiyyə Ərəbistanının bölgədə attığı siyasi addımları Yəməndəki ən böyük humanitar böhrana səbəb olduğunu hesab edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Entoni Blinken brifinqdə bildirib.

"Eyni zamanda, bir çox qiymətləndirmələrə görə dünyanın ən pis humanitar böhranına səbəb olan Səudiyyə Ərəbistanının kampaniyasını görürük", - katib dedi.