İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb Dünya

İndoneziyada torpaq sürüşməsi nəticəsində beş nəfər ölüb, onlarla insan itkin düşüb

İdoneziyanın Mərkəzi Sulavesi əyalətində torpaq sürüşməsi baş verib.

TASS-ın verdiyi məlumata görə, hadisə nəticəsində qızıl mədənində işləyən ən azı beş nəfər ölüb, 70 nəfər itkin düşüb.

Digər təfərrüatlar barədə məlumat verilməyib.