Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb Dünya

Rusiyada koronavirusdan ölənlərin sayı 85 mini ötüb

Rusiyada son sutka ərzində daha 11 086 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 223 186 nəfərə çatıb.

Son sutka ərzində 428 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 85 304 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.