Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb Dünya

Dünyada koronavirusa yoluxanların sayı 135 milyon nəfəri ötüb

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 135 milyon nəfəri ötüb.

Bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı son sutkada 511 mindən çox artmaqla 135 202 387 nəfərə çatıb. Onlardan 2 926 967 nəfəri ölüb, 76 800 539 nəfəri isə sağalıb.