İranda koronavirusdan ölənlərin sayı 65 mini keçib Dünya

İranda koronavirusdan ölənlərin sayı 65 mini keçib

İranda ötən sutka ərzində 291 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 65 055 nəfərə yüksəlib.

S. Lari deyib ki, İranda ötən 24 saat ərzində 24 760 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 2 118 212 nəfərə çatıb.