Gürcüstanda banka basqın edən silahlı şəxs həbs edilib - YENİLƏNİB Dünya

Gürcüstanda banka basqın edən silahlı şəxs həbs edilib - YENİLƏNİB

Tbilisinin Avlabari rayonunda “Gürcüstan Bankı”na silahlı basqın edən şəxs həbs edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Patrul Polisi Departamentinin rəisi Vaja Siradze bildirib.

Onun sözlərinə görə, girovlar azad edilib və təhlükəsiz yerə aparılıblar.

***

saat 13:15

Tbilisidə banka silahlı hücum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, "Gürcüstan Bankı"nın Avlabari filialına hücum edən silahlı şəxsin içəridəki şəxsləri girov götürdüyü bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.