Gürcüstanın daxili işlər naziri və DTX rəisi Dmanisiyə gedib Dünya

Gürcüstanın daxili işlər naziri və DTX rəisi Dmanisiyə gedib

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisiyə gedib.

APA-nın yerli bürosunun xəbərinə görə, Dmanisidə jurnalistlərə açıqlama verən nazir qanun pozuntusuna yol verən hər kəsin sərt şəkildə cəzalandırılacağını deyib.

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.