Dünyada indiyədək koronavirusdan vəfat etmiş səhiyyə işçilərinin sayı açıqlanıb Dünya

Dünyada indiyədək koronavirusdan vəfat etmiş səhiyyə işçilərinin sayı açıqlanıb

Koronavirus pandemiyası səbəbindən dünyada səhiyyə sahəsində çalışan 115 minədək işçi vəfat edib.

TASS-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən 74-cü Ümumdünya Səhiyyə Assambleyasında bildirib.

O qeyd edib ki, hesabat hələlik tam dəqiqləşməsə də, ən azı 115 min səhiyyə işçisinin insanların sağlamlığının keşiyində durarkən koronavirusdan vəfat etdiyi güman olunur.