

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 170 nəfər ölüb.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 80 658 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 9 657 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 945 100 nəfərə çatıb.