

Bu gün Türkiyədə ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
APA-nın yerli bürosunun “HaberGlobal” telekanalına istinadən verdiyi xəbərə görə, qəza Şanlıurfa vilayətinin Siverek-Çermik magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan avtomobil körpüdən aşaraq dərəyə yuvarlanıb.
Qəza nəticəsində 5 nəfər ölüb.
Qeyd edək ki, bu gün Sivasda iki avtomobilin toqquşması nəticəsində 9 nəfər ölüb.