Filip Riker Gürcüstan XİN başçısı ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib Dünya

Filip Riker Gürcüstan XİN başçısı ilə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə edib

Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Cənubi Qafqazda yeni geosiyasi vəziyyət və təhlükəsizlik məsələlərini müzakirə edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın XİN başçısı görüşdən sonrakı açıqlamasında bildirib.

O, qeyd edib ki, Filip Rikerin Azərbaycan və Ermənistana səfərindən sonra Tbilisidə görüşün keçirilməsi vacibdir.

D. Zalkaliani vurğulayıb ki, bugünkü görüş bütünlüklə Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olunması üçün atıla biləcək addımlara həsr edilib.

XİN başçısı görüşün məhsuldar keçdiyini qeyd edib.