Rusiyada son sutkada 13 721 nəfər COVID-19-a yoluxub, 371 nəfər ölüb Dünya

Rusiyada son sutkada 13 721 nəfər COVID-19-a yoluxub, 371 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 13 721 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 222 408 nəfərə çatıb.

Son sutka ərzində 371 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 126 801 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.