Türkiyə XİN Rusiyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib Dünya

Türkiyə XİN Rusiyaya təyyarə qəzası ilə bağlı başsağlığı verib

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Kamçatkada baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

"Rusiya Federasiyasının Kamçatka bölgəsindəki Petropavlovsk-Kamçatska şəhərindən Palanaya uçan sərnişin təyyarəsinin bu gün qəzaya uğraması və təyyarədə olan 22 sərnişin və 6 ekipaj üzvünün həlak olmasın xəbərini kədərlə öyrəndik.

Dost Rusiya xalqının kədərini paylaşır, bu faciəvi qəzada həyatını itirənlərin ailələrinə və Rusiya hökumətinə başsağlığı veririk", - deyə Türkiyə XİN bildirib.