Kreml Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub Dünya

Kreml Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Donbası tərkibinə qəbul etməyə hazır olub-olmaması barədə sualı cavabsız qoyub.

“Mən bu sualı cavabsız qoyuram”, - deyə D. Peskov “Əgər Donbas Kiyevə lazım deyilsə, Rusiya onu öz tərkibinə qəbul etməyə hazırdırmı” sualına cavabında bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna münasibətlərinə həsr olunmuş məqalə yazıb.

“Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqalə Kremlin saytında yerləşdirilib.