Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasını tərk edib Dünya

Azər Süleymanov Vahid Milli Hərəkat Partiyasını tərk edib

Vahid Milli Hərəkat Partiyasının (VMH) liderlərindən olan Gürcüstan parlamentinin keçmiş azərbaycanlı deputatı Azər Süleymanov partiyadan ayrılıb.

Bu barədə "Xalq Cəbhəsi"nə açıqlama verən soydaşımızın fikrincə, asan olmasa da mən bu gün çox çətin bir qərar verməli oluram: "İllərdir siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram. Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməmək oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.
Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim onlara qarşı haqsızlıq olar".

Cavid