Müxalifət Konstitusiya Məhkəməsinə müraciət edəcək Dünya

Müxalifət Konstitusiya Məhkəməsinə müraciət edəcək

Ermənistan parlamentinin müxalifəti Alen Simonyanın spiker seçilməsinə etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət edəcək.

"Xalq Cəbhəsi" erməni mətbuatına istinadən xəbər verir ki, bunu "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan və "Şərəfim var" fraksiyasının nümayəndəsi Hayk Mamidjanyan qanunverici orqanın iclasında bildirib.

Öz növbəsində, "Hayastan" fraksiyasının nümayəndəsi Aram Vardevanyan səsvermənin əhəmiyyətli pozuntularla keçirildiyini bildirib: "Bu halda səsvermə dayandırılmalı və yenidən keçirilməli idi, amma bu edilmədi".

Qeyd edək ki, müxalifət vəzifəsindən sui-istifadə etdiyinə görə hazırda həbsdə olan Mkhitar Zakaryanı spikerliyə namizəd göstərib. Dünənki səsvermədə Mülki Müqavilə fraksiyasının nümayəndəsi Alen Simonyan spiker seçilib.

Cavid