Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib Dünya

Türkiyə ordusu Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib

Türkiyə silahlı qüvvələri Suriyanın şimalında hava əməliyyatı keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Əməliyyat zamanı terrorçuların 6 obyektinin məhv edildiyi bildirilib. Çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Qeyd olunub ki, əməliyyat zamanı günahsız dinc əhaliyə, tarix-mədəniyyət abidələrinə və ətraf mühitə zərər dəyməməsi üçün bütün ehtiyat tədbirləri görülüb.