Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Türkiyənin https://konyabakis.com/ saytında dərc olunub.
"Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycan" başlıqlı yazıda qeyd olunub ki, dinindən, dilindən və irqindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı sərbəstdir, söz, fikir və ifadə azadlığına malikdir. Azərbaycanda yaşayan azsaylı xalqların, etnik və milli azlıqların nümayəndələri öz dinlərini, inanclarını və adət-ənənələrini sərbəst şəkildə ifadə edirlər. Onların hüquqları konstitusiya çərçivəsində qorunur.
Daha sonra yazıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə geniş yer verilib. Mərkəzinin analitik şöbəsinin müdiri Rəşad İlyasova istinadən qeyd olunub ki, 2015-ci ildən Mərkəzdə həm humanitar, həm də texniki ixtisaslaşan universitet və fakültələrdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur. Hazırda dünyanın 24 ölkəsində bakalavriat və magistratura səviyyəsində, ölkəmizdə isə 40-a yaxın ali təhsil müəssisəsində bu fənlər tədris olunur.
O da bildirilib ki, hazırda 7 xarici universitetdə “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.
Yazıda ekspert fikirlərinə də yer ayrılıb. “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi Niyaz Niftiyev bildirib ki, mövcud milli-mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkəyə, mədəniyyətlərarası dialoq üçün unikal məkana çevirir. Bu gün bu mədəni, dil və etnik müxtəlifliyin qorunub saxlanmasına və uğurla həyata keçirilməsinə yönəlmiş dövlət siyasəti multikulturalizm sahəsində əsrlər boyu toplanmış böyük tarixi təcrübənin xüsusi nəzərə alınmasını və zənginləşdirilməsini, bu sahədə nadir nailiyyətlərin təbliğinin gücləndirilməsini tələb edir...
Yazının tam mətni aşağıdakı linkdə: https://konyabakis.com/dunya/cok-kulturlulugun-yasam-bicimi-haline-geldigi-azerbaycan-2776h