Özbəkistanın milli agentliyi ilə imzalanan memorandum Azərbaycan reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün böyük fürsətdir - Rufiz Hafizoğlu Hadisə

Özbəkistanın milli agentliyi ilə imzalanan memorandum Azərbaycan reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün böyük fürsətdir - Rufiz Hafizoğlu

Özbəkistanın milli agentliyi ilə imzalanan memorandum Azərbaycan xəbərlərini, reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün böyük fürsətdir.

Bunu Trend BİA-nın baş direktor müavini, Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici Layihələr Direksiyasının rəhbəri Rufiz Hafizoğlu Trend BİA ilə Özbəkistanın UZA Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.

"Bu gün Azərbaycan mediası yeni inkişaf mərhələsindədir və Trend İnformasiya Agentliyi Azərbaycan media sahəsində öz sözünü demiş agentliklərdən biridir. Özbəkistanın milli agentliyi ilə imzalanan bu memorandum Azərbaycan xəbərlərini, reallıqlarını yeni oxucu kütləsinə çatdırmaq üçün böyük fürsətdir", - deyə o əlavə edib.

R.Hafizoğlu qeyd edib ki, Azərbaycan mətbuatı ölkənin haqq səsinin dünyaya çatdırılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır.

"Trend BİA ilə UzA arasında əməkdaşlıq Azərbaycan və Özbəkistanda müstəqil medianın, peşəkar jurnalistikanın inkişafına öz dəstəyini verəcək. Bu memorandumla iki ölkə arasında olan münasibətləri media müstəvisində də inkişaf etdirmək üçün fürsət yaranacaq", - deyə R.Hafizoğlu qeyd edib.