Fındıqçılıq aqrar sektorun inkişafında prioritet sahələrdəndir - Agentlik Hadisə

Fındıqçılıq aqrar sektorun inkişafında prioritet sahələrdəndir - Agentlik

Fındıqçılıq Azərbaycanda aqrar sektorun inkişafında prioritet sahələrdən biridir.

Bunu Aqrar Kredit və İnkişaf Agentliyinin İdarə heyətinin sədri Seymur Mövlayev BMT Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) ilə "Agrarco" şirkəti arasında əməkdaşlıq və fəaliyyətin koordinasiyası barədə sazişin imzalanması mərasimində deyb.

Onun sözlərinə görə, Azərbaycanda bu sektorun dayanıqlı ikişafının təmin olunması üçün bir sıra dövlət və beynəlxalq strukturlarla əməkdaşlığın inkişafı üzrə genişmiqyaslı işlər aparılır.

"Bu sektorun canlanması məqsədilə biz Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də bir sıra beynəlxalq strukturlarla işləyirik", - S.Mövlayev deyib.