ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Azərbaycanın 30 il ərzində erməni işğalı altında olan torpaqlarının minalarla çirkləndirilməsi beynəlxalq müstəvidə qiymətləndirilməlidir.
Bunu Trend-in sualına cavabında hərbi ekspert Ruslan İmanquliyev deyib.
Onun sözlərinə görə, torpaqlarımızı minalardan təmizləmək üçün beynəlxalq təşkilatlar ölkəmizə maddi və mütəxəssis yardımları etməyə hazır olmalıdırlar.
"Görünən odur ki, torpaqlarımızın minalardan təmizlənməsi üçün xarici təşkilatlar ciddi dəstək göstərmirlər.
Lakin görürük ki, hazırda Ukraynada gedən müharibəyə bəzi qərb dövlətlərinin ciddi dəstəyi var. Düşünürəm ki, orda baş verən müharibədən sonra da bəzi qərb ölkələri və təşkilatları mina və partlamamış sursatların tapılıb məhv edilməsində köməklik göstərəcəklər.
Bu da ölkələrə ikili standartlarla yanaşmanın göstəricisidir", - deyə ekspert bildirib.