Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir - Hərbi ekspert Hadisə

Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir - Hərbi ekspert

Ermənistan artıq "mina terrorunun memarı" titulunu qazanıb.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, ermənilər yaxşı bilirlər ki, azərbaycanlılar azad olunan ərazilərə qayıtdıqdan sonra ilk ziyarət edəcəkləri yer yaxınlarının məzarları olacaq.

"Bu səbəbdən də mənfur düşmən qəbiristanlıqları da minalayıb. Ərazilərimizin minalanması Ermənistan dövləti tərəfindən həyata keçirilib. Çünki torpaqlarımızda məskunlaşdırılan mülki əhalinin əlində tank əleyhinə mina olmayıb ki, onu istədiyi yerdə aparıb basdırsın. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan ərazilərimizin minalanmasını dövlət səviyyəsində edib. Biz bu faktları dünyaya göstərib bəyan etməliyik ki, Ermənistan terrorun bütün növlərini, o cümlədən mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir", - deyə Ə.Verdiyev qeyd edib.