Muzdlu ordu
11:16
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu il cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır.
“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-fevral-mart aylarının yekununa dair məlumat”da əksini tapıb.
Bildirilib ki, onların 15-i İran İslam Respublikası, 8-i Rusiya Federasiyası, 5-i Türkiyə, 3-ü Gürcüstan, 1-i Ukrayna vətəndaşı olub.
Xarici ölkə vətəndaşlarından ümumilikdə 576 kq 277,504 qr müxtəlif növ narkotik vasitə, 17 kq 956,92 qr psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə götürülüb.