"Tərtər işi" ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib Hadisə

"Tərtər işi" ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib

"Tərtər işi" ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib

Bu barədə Trend-ə Baş prokurorluğunn mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi istiqamətində tədbirlər davam etdirilir.