

Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 255 nəfər müraciət edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, ilkin olaraq müraciətlərinin emalı son mərhələyə çatan 56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 3 tələbənin isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət hüququ verilməklə imtina verilib. Digər tələbələrin isə müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir.