Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir Hadisə

Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili aprelin 26-27-də Azərbaycana rəsmi səfər edəcək.

Trend bu barədə Gürcüstan XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, səfər çərçivəsində Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq.

İki gün davam edəcək səfər zamanı gürcüstanlı nazir bir sıra rəsmi şəxslərlə, o cümlədən xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və baş nazir Əli Əsədovla görüşlər keçirəcək.