İcbari tibbi sığorta üzrə 1000-dən çox xidmətə yenidən baxılıb - Agentlik sədri Hadisə

İcbari tibbi sığorta üzrə 1000-dən çox xidmətə yenidən baxılıb - Agentlik sədri

Əhalinin müraciətləri əsasında icbari tibbi sığorta üzrə 1000-dən çox xidmətə yenidən baxılıb.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Z.Əliyev bildirib ki, hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2500 xidmət daxildir.

"Yeni xidmətlər zərfində isə tibbi xidmətlərin sayı 3200-ə çatdırılacaq", - Agentlik sədri qeyd edib.