Ağaclar kəsilərək yaradılan qanunsuz parkinq Şəfiqə Məmmədovanın sədri olduğu ittifaqa məxsus olub Hadisə

Ağaclar kəsilərək yaradılan qanunsuz parkinq Şəfiqə Məmmədovanın sədri olduğu ittifaqa məxsus olub

Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi ilə yaradılan qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədovadır.