Səhiyyə naziri koronavirusa yoluxma saylarındakı nisbi artımdan danışdı Hadisə

Səhiyyə naziri koronavirusa yoluxma saylarındakı nisbi artımdan danışdı

Yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur. Bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır.

Bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ümumilikdə ölkədə epidemioloji vəziyyət stabildir.
"Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya sayları bu gün kifayət qədər aşağı rəqəmlərdədir. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq", - nazir deyib.