Qazaxıstan aviaşirkəti Bakıya yeni reyslər açacaq Hadisə

Qazaxıstan aviaşirkəti Bakıya yeni reyslər açacaq

Qazaxıstanın "Qazaq Air" aviaşirkəti Bakıya müntəzəm reyslər yerinə yetirməyi planlaşdırır.

Trend bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, "Qazaq Air" iyulun 7-dən Aktobe-Bakı-Aktobe marşrutu ilə müntəzəm reyslərə başlamağı nəzərdə tutur.
Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günü həyata keçiriləcək.