Şəkidə traktor aşıb, sürücü və azyaşlı qardaşı oğlu ölüb Hadisə

Şəkidə traktor aşıb, sürücü və azyaşlı qardaşı oğlu ölüb

Şəkidə traktor aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Şəki kəndi ərazisində baş verib. 1978-ci il təvəllüdlü Ramil Məmmədovun idarə etdiyi traktorun əsas yoldan çıxaraq aşması nəticəsində sürücü və onunla birgə traktorda olan 12 yaşlı qardaşı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.