ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
2022-ci ildə Azərbaycanda neft və digər maye karbohidrogen hasilatı 0,68 milyon barel/sutka səviyyəsində gözlənilir.
Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Bu proqnoz əvvəlki hesabatda 0,69 milyon barel/sutka səviyyəsində idi.
Hesabata əsasən, 2022-ci ilin birinci rübündə hasilat 0,7 milyon, ikinci rübdə isə 0,69 milyon barel/sutka barel/sutka təşkil edib.
Üçüncü və dördüncü rüblərdə hasilat müvafiq olaraq 0,68 milyon və 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.
2023-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,65 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu göstərici 0,67 milyon barel/sutka səviyyəsində idi
Gələn il rüblük hasilat birinci rübdə 0,66 milyon, ikinci rübdə 0,65 milyon, üçüncü rübdə 0,64 milyon, dördüncü rübdə isə 0,65 milyon barel/sutka təşkil edəcək.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,72 milyon barel təşkil edib.
EIA-nın göstəricilərinə görə, 2021-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,75 milyon, 0,7 milyon, 0,71 milyon və 0,71 milyon barel/sutka təşkil edib.