Ombudsman Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb Hadisə

Ombudsman Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb

Ombudsman Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb.

Qurumdan Trend-ə verilən məlumata görə, media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumatla əlaqədar Ombudsman Aparatı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparılıb.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.
Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.

Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb" , - məlumatda bildirilir.