ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Türkiyə 2022-ci ilin yanvar-iyun aylarında Qazaxıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azaldaraq 107,4 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
İyun ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 20,8 faiz azaldaraq 22,2 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 10,8 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 1,97 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 9,5 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 21,6 milyard dollar məbləğində hazır geyim ixrac edib.