Mətbuat Şurası intiharların işıqlandırılması ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb Hadisə
Azerbaycan Mətbuat Şurasında "Media və intihar olaylarının işıqlandırılması" mövzusunda keçirilmiş toplantının iştirakçıları tərəfindən ölkə jurnalistlərinə müraciət edilib.
Trend-in məlumatına görə, müraciətdə deyilir ki, intihar hallarının mediada işıqlandırılması ile bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadir: "Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var. Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu
düşünürük. Hesab edirik ki, jurnalist peşesinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir. İstənilən hadisənin işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin təbiətindən irəli gələn xüsusiyyətdir. Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önemini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. Intihar olay: baxış sayı toplamaq izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir. Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimali böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə zidddir. Biz hər bir media temsilçisini, hər bir KIV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırıeıq. Onu da düşünmək lazımdır ki, insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq potensialına malik taqdimatların hüquqi müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür. Biz, Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün jurnalistlərini ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırrıq. İnanmaq istərdik ki, həmkar teessübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ temayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır".