İndiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox sərmayə yatırılıb - Mikayıl Cabbarov Hadisə

İndiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox sərmayə yatırılıb - Mikayıl Cabbarov

İndiyədək sənaye zonalarına 58 rezident tərəfindən 6,4 mlrd. manatdan çox sərmayə yatırılıb və 10.100-dən çox daimi iş yeri yaradılıb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, növbəti mərhələdə mövcud layihələr üzrə 450 mln. manatdan çox investisiya yatırılması və 4.500-dən artıq yeni iş yerinin təşkili nəzərdə tutulur.