Rəqabət Məcəlləsinin gələn il qəbul edilməsi planlaşdırılır Hadisə

Rəqabət Məcəlləsinin gələn il qəbul edilməsi planlaşdırılır

Beynəlxalq təcrübə və müasir yanaşmaları əks etdirən Rəqabət Məcəlləsinin qəbul olunması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

İşin əsas icraçısı İqtisadiyyat Nazirliyidir. Plan 2022-2023-cü illəri əhatə edir.

İlkin mərhələdə Rəqabət Məcəlləsi hazırlanacaq və 2023-cü ildə qəbul ediləcək.