![Muxtar Babayev vəzifəsindən azad edildi](https://xalqcebhesi.az/media/2020/05/23/225x136/muxtar_b.jpg)
![Muxtar Babayev vəzifəsindən azad edildi](https://xalqcebhesi.az/media/2020/05/23/225x136/muxtar_b.jpg)
Xaçmazda ölümlə nəticələnən ağır qəza olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 17 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Zaur Quliyev idarə etdiyi “BMW” markalı avtomobili qarşıda gedən Xaçmaz şəhər sakini Cəlil Güləhmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə vurub və “Toyota” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Çarxı kənd sakini Q.Aydəmirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə dəyib. Nəticədə C.Güləhmədov hadisə yerində, Z.Quliyev isə xəstəxanada ölüblər.
Xaçmaz Rayon Polis öbəsində araşdırma aparılır.