

27 Aprel 17:45
26 Aprel 18:40
Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.
Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.
Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezidentin Administrasiyasının rəsmisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.
“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır”, - S.Yusifova bildirib.