“Dövlətin təsis etdiyi medalları kimə gəldi vermək olmaz” Hadisə

“Dövlətin təsis etdiyi medalları kimə gəldi vermək olmaz”

Fazil Mustafa: “Bəzən xidmətləri olan şəxslər kənarda qalır”

“Dövlətin təsis etdiyi medalları kimə gəldi vermək olmaz. Bəzən xidmətləri olan şəxslər qalır kənarda, digərlərinə medallar təqdim olunur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin plenar iclasında çıxşı zamanı deyib. Millət vəkili bildirib ki, yazıçı Əlisa Nicatın prolmeninin həlli üçün xalq tərəfindən pul yığıldı. Məmməd İsmayılın 83 yaşı olduğu halda yada düşmədi. Bu kimi xidmətləri olan adamları prezidentə təqdim etmək lazımdır. Məsələn Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından olan və dövlət qarşısında xidmətləri olmuş Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhmov təltif olunmadı. Müxalifətçi olanda nə olar ki? Onun kifayət qədər xidmətləri var. Prezident bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Dövlət başçısı hamını şəxsən tanıya bilməz. Dövlətin yüzlərlə problemi var. Sadəcə olaraq müvafiq vəzifəli şəxslər bunu etməldirlər. Şəxsi, subyektiv mülahizələrə görə xidmətləri olan şəxsləri dövlətdən incik salmaq olmaz”.

Əli