“Müsavatın 8-ci qurultayında Arif Hacılı saxtakarlığa yol verib” Hadisə
Ellada Məmmədli: "Arif Hacılı rayon təşkilatının üzvü olmayan şəxslərə mandat verib öz lehinə səs toplamağa nail olub"
Dünən Binəqədi Rayon Məhkəməsində "Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi" üzvlərinin Müsavat Partiyasına olan şikayəti üzrə məhkəmə prosesi davam edib. Qeyd edək ki, Müsavatdan uzaqlaşdırılan bir qrup narazı şəxs partiyanın sonuncu - VIII qurultayının nəticələrinin ləğv edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Qaldırılan iddiada qurultaydan əvvəl və sonra bir sıra pozuntuların baş verdiyi qeyd olunub və məhkəmədən nəticələrin ləğvi, yenidən qurultay çağırılması tələb edilib. İddia ərizəsini Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli, partiyanın keçmiş üzvü Əlövsət Sadıqlı, Müsavatın Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirli, partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev və başqaları imzalayıblar. Hazırda Müsavatdan uzaqlaşdırılan başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunan Ellada Məmmədli məhkəməyə müraciət etdikləri üçün onlara olan iradları yersiz sayır: "Məhkəmədə Müsavat Partiyası tərəfindən çıxış edən vəkil Osman Kazımov hamını çaşdırmaq istəyirdi. Əslində, yayınmaq üçün sual etdi ki, məhkəməyə gələnlər Müsavat üzvüdür? Demək istəyirdi ki, biz partiyadan çıxarılmışıq. Amma bizim Müsavatdan çıxarılmağımızla bağlı hər hansı sənəd yoxdur. Bir adam bizə sübut etsin ki, həqiqətən, partiyadan çıxarılmışıq. Partiyadan çıxarılan adam üçün sənəd verərlər. Hər birimizin əlimizdə partiya biletimiz var, çıxarılma haqqında da yeni rəhbərlikdən nə sənəd ala bilmişik, nə də bizə sənəd vermək niyyətindədirlər. "Mənim səndən xoşum gəlmir" prinsipi ilə hərəkət etdilər. Arif Hacılının və qardaşı Mustafa Hacıbəylinin xoşuna gəlməyən adamlar partiyadan uzaqlaşdırıldı". Onun sözlərinə görə, Müsavatın 8-ci qurultayında Arif Hacılı saxtakarlığa yol verib: "Qurultay günü yalnız başqan seçkisi elan olunub və keçirilib. Sərbəst Məclis və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçki keçirilməyib. Əlimizdə kifayət qədər dəlillər var. Arif Hacılı rayon təşkilatının üzvü olmayan şəxslərə mandat verib öz lehinə səs toplamağa nail olub. Gəncə rayon təşkilatının üzvü olan şəxsləri Samux rayonundan qurultay nümayəndəsi seçiblər. Faktiki həmin rayon təşkilatlarında konfranslar olmayıb. Arif Hacılı konfrans keçirilməyən rayon təşkilatlarının nümayəndələrinə mandat vermişdi". E.Məmmədlinin sözlərinə görə, qurultay seçki qanunvericiliyə və partiya Nizamnaməsinə uyğun keçirilməyib: "İnsanlar səsverməni divarda, dizinin üstündə həyata keçirirdi, 3 adam bir kabinədə səs verirdi. Bununla bağlı əlimizdə video görüntülər də var. Qurultayın səlahiyyətinə aid olan məsələlərdən biri sərbəst Məclis üzvlərinin və MNTK üzvlərinin seçkisidir. Məclis və MNTK üzvləri yalnız qurultayda seçilib təsdiq olunmalıdır. Nizamnaməyə görə bu səlahiyyət qurultaya məxsusdur. Qurultay 2 gün keçirilməlidir, amma 1 günün içində seçki həll olundu. Arif Hacılı "kimin məndən xoşu gəlmir, onları partiyadan çıxaracağam" prinsipini yetirdi və vədinə əməl etdi, nəticədə məsələ açıq qaldı. Həmçinin Məclisin iclasında istədiyi şəxsləri üzv seçib "yalançı MNTK" yaratdı. Bununla da illərini Müsavata xərcləmiş insanları partiyadan çıxartdılar". O, məhkəməyə müraciət edənlərin narazı, yaxud partiyadan qovulmuş adlandırılmasına da etiraz edib: "Məhkəməyə müraciət edən şəxslər yanvarın 31-də "Müsavatçıların hüquqlarını Müdafiə Komitəsi" yaratmışdı. Komitəni Sumqayıtda Ənvər Əhmədin qovulmasına etiraz olaraq yaratmışdıq. Arif Hacılıya səs vermədiyi üçün onu Müsavatdan uzaqlaşdırdılar, bundan sonra Məhəbbət Muradovu çıxartdılar. Gördük ki, hər kəsi bir-bir çıxarırlar. Onların hüquqlarını qorumaq üçün komissiya yaratdıq. Partiya daxilində 5-6 ay ərzində mübarizə apardıq, Nizamnaməyə zidd addımları ortaya qoyduq, gördük nə İsa Qəmbər, nə də Arif Hacılı reaksiya verir. Hədələməkdən başqa heç nə etmədilər. Elə ki, qurultayın nəticələri Ədliyyə Nazirliyində təsdiq olundu, partiyanın qapılarını açıq qoydular ki, çıxın gedin. Ədliyyə Nazirliyinə yanlış protokol veriblər. Həmin protokolda Məclis və MNTK üzvlərinin qurultayda seçildiyini göstəriblər. Davamız Müsavatın qeydiyyatının ləğvinə nail olmaq deyil, sadəcə olaraq, biz 8-ci qurultayda Nizamnamə pozulduğu üçün onun ləğvinə çalışırıq. Məhkəməyə müraciət etmişik, bu işin ardınca sonadək gedəcəyik". Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub.