BMqT-nin ölkəmizdəki nümayəndəliyi ilə ANAMA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Hadisə

BMqT-nin ölkəmizdəki nümayəndəliyi ilə ANAMA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev, Avropa və Mərkəzi Asiya üzrə regional təhlükəsizlik mütəxəssisi Dominik Eugene Bollier ilə görüşüb.
Görüş əsnasında Agentliyin yaradılması, məqsəd və vəzifələri, eləcə də Azərbaycanda mövcud mina təhlükəsi ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən kəhrizlərin mina və digər partlayıcı sursatlarla çirklənmə vəziyyətinin dəyəndirilməsi, onların təhlükəsiz bərpası məqsədilə minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi, minadan zərərçəkənlərə yardım və digər istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.