Balakəndə “qara bazar”da dəyəri 600 min manat olan narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO Hadisə
- 1 İyun 2023 08:44
- 2 086
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik plantasiyası salan və narkotik vasitələrin satışını həyata keçirən ümumilikdə 19 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən Məhəmməd Abdullayevə məxsus evin həyətyanı sahəsində xeyli sayda çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində M.Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən ümumi çəkisi 248 kiloqram olan 350 ədəd çətənə kolu, eləcə də 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik tərkibli bitkilərin toxumlarını öz qohumu Məzahir Soltanovdan 3400 manat müqabilində əldə etdiyi, sonuncunun isə həmin toxumları rayon ərazisində narkotik vasitələrin paylanılmasını təşkil edən əsas şəxslərdən biri - Rasim Yetimovdan aldığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə onların hər ikisi saxlanılaraq istintaqa təhvil veriliblər. Şəxsi axtarış zamanı R.Yetimovdan da marixuana aşkarlanıb. Saxlanılan M.Abdullayev ifadəsində çətənə bitkilərini mart ayının əvvəllərində becərdiyini və vaxtaşırı aqrotexniki qulluq göstərdiyini etiraf edib. Məqsədinin isə əldə edəcəyi narkotik vasitəni sataraq varlanmaq olduğunu bildirib.
Qeyd edək ki, M.Abdullayevin həmin narkotik tərkibli bitkilərdən əldə edəcəyi narkotik vasitənin qara bazarda dəyəri 700 min manata yaxındır.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində keçirilən əməliyyatlar nəticəsində isə daha 16 nəfər də şübhəli şəxs qismində saxlanılıb. Onlardan aşkarlanan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də kultivasiya etdikləri çətənə kolları qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
-
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 7 nəfər xilas edilib
-
Ermənistan parlamentinin vitse-spikeri İstintaq Komitəsinə çağırılıb
-
Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb
-
Həmədanda etiraz aksiyası keçirildi
-
Bakı sakininə qarşı 18 min manatlıq dələduzluq olunub
-
Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
-
Bakıda avtobus qırmızı işıqda keçərək zəncirvari qəza törədib, iki nəfər ölüb
-
Azərbaycanda COP29-la bağlı enerji sisteminin işi gücləndiriləcək
-
Səfərbərlik Xidməti Daşkəsəndə Zəfər Günü ilə bağlı tədbir keçirib
-
Həftəsonu 800-ə yaxın sürücü imtahan verəcək
-
130 min şəhid ailə üzvü və müharibə iştirakçısına 361 min xidmət göstərilib
-
Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək - SİYAHI
-
Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub
-
Elektrovoz Qobustan-Səngəçal istiqamətində qəfil yola çıxan iki nəfəri vurub öldürüb
-
Lənkəranda Veravulçay daşıb, təsərrüfatlara ziyan dəyib - FOTO
-
DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub
-
Qazaxıstan peykinin ixracı ilə bağlı Monqolustanla tarixi razılaşma baş tutub
-
Mingəçevirdə 31 yaşlı şəxs bıçaqlanıb
-
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı enib
-
FHN hava limanlarında təlim keçirib
-
Əmtəə bazarlarında qızılın qiyməti 2 800 dollara yaxınlaşır
-
Cinayət əlamətləri olmayan məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
-
İngiltərədə nüvə sualtı qayıqları hazırlayan zavodda yanğın baş verib
-
NYMEX əmtəə birjasında təbii qaz ucuzlaşıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Dünya bazarlarında neftin qiyməti artıb
-
Bu günün valyuta məzənnələri
-
Salyanda avtomobil təmiri sexində bıçaqlanma olub
-
Heydər Əliyev adına Beynəlxalq Hava Limanına məcburi eniş olub
-
Bakıda səfirliyə qarşı terror aktı planlaşdırmış Əfqanıstan vətəndaşına hökm oxunub
-
Dağ xizək idmanı üzrə İtaliya çempionu məşq zamanı həlak olub
-
Bakıda kişi arvadını öldürüb, sonra isə özünü asıb
-
Co Bayden Gürcüstanda baş verən hadisələrdən narahat olduğunu bildirib
-
Ekvadorda attraksionun dağılması nəticəsində on nəfər yaralanıb
-
Ukraynada fərari əsgərlərin sayı 100 mini ötüb
-
KİV: Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırmaq üçün danışıqlar aparır
-
Bakıda şadlıq sarayından çıxan şəxsi avtomobil vurub
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Marsel küçələrində zibil təpələri yığılıb
-
İsrail Ordusu döyüşlər zamanı 5 hərbçinin öldüyünü açıqlayıb
-
Rusiya Finlandiyaya nota verdi
-
Növbəti Su-35 insidenti: bu dəfə MQ-9-la toqquşacaqdı...
-
Öcalan Baxçalının çağırışına cavab verdi: İki şərt irəli sürdü...
-
Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra…
-
İki ay əvvəl toyu olmuşdu, 16 yaşlı qızla birgə meyiti tapıldı
-
İvanişvilinin osetinlərdən üzr istəməsi… - Şaraşenidze
-
Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
-
ABŞ İsraildən bu hücuma görə izahat tələb etdi
-
İsraildən İrana növbəti xəbərdarlıq: Yenə hücum olsa...
-
Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu
-
İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
-
Azyaşlıya qarşı əxlaqsızlıq edən qardaşlar saxlanıldı
-
VAZ markalı iki maşın toqquşdu: ölənlər var
-
Rusiya 40 erməni iş adamına qadağa qoydu
-
Seul Kiyevə təcili nümayəndə heyəti göndərir
-
Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
-
Əmirbəyov Tim Barrou ilə COP29-u müzakirə etdi
-
Fransadakı ukraynalı qaçqınların gələcəyi qeyri-müəyyəndir
-
İran təcili iclas çağırdı, ABŞ isə hədələdi
-
Gürcüstanda “çətin” vəziyyət: AB təcili toplanır