

11 Mart 22:49
ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payat Azərbaycan səfəri zamanı iş prosesini daha yaxından öyrənmək üçün Səngəçal terminalına baş çəkib.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
“O qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi, keçid və səmərəlilik sahəsində mühüm tərəfdaşdır”, - səfirliyin məlumatında vurğulanır.