Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Ölkəmizdə pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur.
Trend xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
“Eyni zamanda müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayının artması ilə bağlı uyğunlaşdırma aparılır. Sosial sahədə aparılan islahatların nəticəsi olaraq, ölkədə bu sahə durmadan inkişaf edir. Ümumilikdə isə 2019-cu ildən bu yana diqqət yetirsək, görərik ki, cənab prezidentin təsdiq etdiyi sənədlər fonunda minumum əmək haqqı 2,5 dəfə artıb.
Qeyd edim ki, ümumi göstəricilərlə MDB məkanında Azərbaycan alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Nominal statistikaya görə isə ikinci yerdəyik. Məşğulluğa nəzər salsaq, ümumi dörd ay ərzində 18 min şəxs işlə təmin edilib. Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir bildirib.