Masallıda yük maşını ilə mikroavtobus toqquşdu - Ölən və yaralananlar var Hadisə

Masallıda yük maşını ilə mikroavtobus toqquşdu - Ölən və yaralananlar var

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “KamAz” markalı yük avtomobili və “ЗИЛ” markalı mikroavtobus toqquşub, 6 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.