Nazir: Riyaziyyatdan müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var Hadisə

Nazir: Riyaziyyatdan müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var

Riyaziyyatdan müəllimlərinin məsələ həlli ilə bağlı təkmilləşmələrinə ehtiyac var.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.

Nazir deyib ki, xarici dil və Azərbaycan dili üzrə oxu bacarıqlarının təkmilləşdirilməsinə də ehtiyac var:

"Gələcəkdə müəllimlərin daha çox oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsinə diqqət göstəriləcək".

Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırma imtahanınlarının nəticələrinə görə, problemlər daha çox ibtidai sinif fənni üzrə nəzərə çarpır.