Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalovun qalıqları Göygöldə dəfn olunub - FOTO Hadisə

Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalovun qalıqları Göygöldə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhid Zeynalov Ucar Fidail oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Ucar Zeynalovla Göygöl rayonun Pənahılar kənində, doğulduğu evdə vida mərasimi keçirilib.

Şəhidin qalıqları Pənahıllar kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid Zeynalov Ucar Fidail oğlu 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. 1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə itkin düşüb.

Onun Bakıdakı Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edildiyi məlum olub və kimliyi müəyyən edilib.

Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalovun qalıqları Göygöldə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalovun qalıqları Göygöldə dəfn olunub - FOTO Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalovun qalıqları Göygöldə dəfn olunub - FOTO