Bakıda bazarda gənc oğlan qətlə yetirilib - YENİLƏNİB Hadisə

Bakıda bazarda gənc oğlan qətlə yetirilib - YENİLƏNİB

İyunun 28-də saat 01 radələrində paytaxtın Sabunçu rayonunda 1993-ci il təvəllüdlü Əhmədov Rasim Etibar oğlunun deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Əliyev Vüqar Əjdər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır

***

03:24

Bakının Sabunçu rayonunda 31 yaşlı oğlan ürəyindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əhmədov Rasim Etibar oğlu bazarda tanışı ilə mübahisə zamanı ürəyindən bıçaqlanıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.