Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir - FOTO Hadisə

Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir  - FOTO

Tovuzda çayda avtomobillə batan 2 nəfərin axtarışları davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Kür çayının rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfində fasiləsiz şəkildə davam etdirilir. Artıq bu gün bir aydır ki, axtarışlar gedir. Havanın yağışlı, suyun görüntüsünün pis olması və Kür çayının suyunun normadan 3 metrə yaxın yuxarıda olması axtarışlara çətinlik yaratsa da, dalğıclar 18 metr dərinliklərə enib axtarışlar aparırlar.

Qeyd edək ki, 2 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlar başlanılıb.

9 iyun 2024-cü il tarixdə batan 3 nəfərdən birinin meyiti dalğıclar tərəfindən sudan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir. Hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən fasiləsiz şəkildə həyata keçirilir.

Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir - FOTO Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir - FOTO Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir - FOTO Tovuzda Kürdə batan şəxslərin axtarışları davam edir - FOTO